Məktəbimizdə "20 Yanvarı Unutmayaq" adlı tədbir keçirildi

18.01.2017-ci il tarixdə səhər saat 9-00-da 3d sinif rəhbəri Hüseynova Turə müəllimə “20 Yanvar” faciəsi ilə bağlı tədbir hazırladı. Tədbir məktəbimizin foesində keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və sonra şəhidlərimizin ruhu bir dəqiqəlik yad edildi. Tədbirdə 3d sinif şagirdləri faciə ilə bağlı geniş məlumatlar verdilər. Şəhidlərimiz haqqında şeir və bayatılar söylədilər. Tədbirdə “20 Yanvar” hadisələri ilə bağlı vidio görüntülər göstərildi. Şagirdlər İlham və Fərizənin qara taleyini səhnələşdirmişdilər. İlqar və Larisanın məktəbli olduğunu qeyd etdilər.3d sinfi öncədən Şəhidlər Xiyabanına aparılmışdı və orada çəkilmiş şəkillər ekranda göstərildi. Sonda “Can Azərbaycan” mahnısı xorla oxundu. Son söz məktəbimizin direktoru Rövşən Qasımova verildi. Rövşən müəllim tədbiri axıra qədər dinləmişdi və öz xoş sözlərini söylədi. 20 yanvar qırğını törədən insanların hələ öz layiqli cəzalarını almadıqlarını bildirdi.Şəhidlərimizin qanının yerdə qalmayacağını və tezliklə torpaqlarımızın işğaldan azad olunacağını şagird və müəllim kollektivinin nəzərinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi