Məktəbimizdə " 20 Yanvar Qan Yaddaşımızdır" adlı tədbir keçirildi

18 yanvar 2017-ci il tarixində 280 №-li tam orta məktəbdə “20 Yanvar Qan Yaddaşımızdır” adlı tədbir keçirilmişdir.Tədbir məktəbin tarix və ədəbiyyat müəllimləri: Nəsibova Oysan , Cəbrayılova Nuriyyə,Bayramova Aytən,Abdullayeva Məsmə,Tağıyeva “Ətlas tərəfindən hazırlanmışdı.Tədbir dövlət himnimizin oxunması və şəhidlərinin ruhunun bir dəqiqəlik anılması ilə başladı.Qanlı Yanvar hadisələrinin hər bir anı diqqətə çatdırıldı. Tədbir zamanı o dövr hadisələrini əks etdirən video lentlər göstərildi.Şagirdlərin ifasında şairlərimizin şəhidlərin müqəddəs ruhlarına yazdıqları şeirlər bir daha qəlbimizi kövrəltdi.Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş mahnılar səsləndirildi. Tədbirdə günahsız qurbanların necə qətlə yetirilməsinə aid səhnəciklər daha təsirli idi. İlham və Fərizənin qanlı hadisələrdən öndəki ailə söhbətləri,ana və gəlinin İlhamı sağ salamat yola salıb,dostlar tərəfindən meyitinin evə daxil olunması ,ananın öz oğluna ağılar deməsi,Fərizənin zəhər içərək İlhamla birlikdə dəfn olunması səhnələri də təsirli idi. Tədbirin sonunda şagirdlərin öz şeirləri ilə bu qısasın yerdə qalmayacağına and içmələri səhnəsi də maraqlı oldu.Sonda “Qalx .qalx, ulu torpaq ” mahnısı tədbirdə iştirak edən şagirdlər və zaldakı dinləyicilərin birgə oxunması ilə sona yetdi.Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov Qanlı Yanvarla bağlı xatirələrindən bir daha söz açdı. Xalqımıza qarşı törədilmiş haqsızlıqları unutmamağı və hər an Ali Baş Komandanmızın əmrinə hazır olmağımızı tapşırdı.Tədbir iştirakçılarına və müəllimlərə öz dərin təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi