Canlı təbiətə və tarixi keçmişimizə ekskursiya

280 saylı orta məktəbdə şagirdləri hərtərəfli tərbiyə etmək günün vacib məsələsidir.Bu sahədə məktəbimizin pedoqoji kollektivinin fəaliyyəti böyükdür.Şagirdləri vətənpərvərlik ruhunda tərbiyə Azərbaycanımızın tarixi keçmişini öyrətmək vətənimizin yeni nəaliyyətləri ilə öyünməyi onlara aşılayan müəllimlərimizin əməyi böyükdür.Tez-tez şagirdlər tarixi keçmişimiziöyrənmək üçün vətənin müxtəlif tarixi abidələrinə ekrskursiyalar təşkil edirlər.Bu gözəl təşəbbüslərin təşkilatçılarından biri də şagirdlərə tarix fənnini həvəslə öyrədən Nuriyyə Cəbrayılovadır. 26 aprel 2015 –ci ildə Nuriyyə müəllimin rəhbərliyi və təşkilatçılığı ilə 8-ci sinif şagirdləri sinif rəhbəri Zəminə Salmanova ,Əmək müəllimi Sevda Ələkbərovanın nəzarəti ilə ekrskursiyaya getmişlər. Şagirdlər Mərdəkandakı Nəbadət bağında neft milyonçusu Murtuza Muxtarovun ev muzeyində,Qala qoruğunda ,qala kəndindəki tarixi muzeydə oldular. Şagirdlərin ilk səyahəti Mərdəkandakı Nəbatət bağından başladı.Şagirdləri bağın işçisi Rəsmiyə xanım qarşıladı.Şagirlər bu xanım vasitəsi ilə cürbəcür ağaclar,çiçəklər,bitkilər barədə məlumat aldılar.Sonra biologiya müəllimi Zəminə zalmanova burada becərilən bitkilər və onların növləri haqqında məlumat verdi.hətta,botanika bağında meymunun onları gülər üzlə qarşılaması onların marağına səbəb oldu. Şagirdlər bir çox Azərbaycan filmlərinin çəkilib ərsəyə gəldiyi neft milyonçusu Murtuza Muxtarovun ev muzeyində oldular.Bu muzey barədə,M.Muxtarov haqqında Nuriyə müəllim uşaqlara geniş məlumat verdi.Şagirdlər Qala kəndində olan at,qoyun və dəvə cinsləri yetişdirilən qoruğa daxil oldular.Burada müxtəlif cins heynvanların həyat tərzini öyrəndilər.Sonda Qala muzeyinə daxil oldular.Burada qədim əşyalar:samovar,cürbəcür qablar,məişət avadanlıqları,qədim pullar,bəzək əşyaları var idi.Əlbəttə,hər bir əşya canlı bir tarix kimi şagirdlərin qarşısında açıldı,izzah edildi,tarixi keçmişimiz gözləri ünunda varaqlandı. Hava yağışlı olsa da bu gəzinti uşaqlarda xoş təəssürat yaratdı.Onlar tarixi keşmişimiz haqqınada ətraflı bilik əldə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi