Bakı Zooloji Parkına ekskursiya
Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək, ümumi təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) olan ictimai
və mədəni obyektlərin imkanlarından istifadə etmək vacibdir. Bu mənada Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri Bakı Zooloji Parkının təklif etdiyi öyrənmə mühitini yaxından
tədqiq edə bilər. Noyabrın 23-də məktəbin biologiya müəllimi Nərmin Əlirzayeva və 7"D" sinif rəhbəri Könül İmanova 7 "D" sinif şagirdləri ilə "Ətraf mühitin müxtəlifliyi" mövzusunu öyrənmək üçün Bakı Zooloji Parkına ekskursiyaya getmişdilər.