Bütün ruhu ilə Türk soyuna bağlı olan sənətkar-Zəlimxan Yaqub

13 aprel 2015-ci il tarixdə M.Mehdiyev adına 280 №-li məktəbdə Azərbaycanın Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin rəhbəri Zəlimxan Yaqubla görüş keçirildi. Görüşün təşkilatçısı və rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfiyeva Şamama idi.Tədbirdə Respublikanın Xalq artisti Ağalar Bayramlı,Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Sevinc xanım,YAP-ın təlimatçısı Fərman müəllim,Təhsil Problemləri İnstitunun əməkdaşı “Azərbaycan Müəllimi” qəzetinin jurnalisti İlaham bəy,196,270,276,281№-li məktəblərin direktor və direktor müavinləri və başqa qonaqlar iştirak etdi. Əvvəlcə Azərbaycan Respublikasının Himni səsləndi.Sonra tədbiri giriş sözü ilə Respublikanın Xalq artisti Ağalar Bayramlı açdı. Şagirdlərin çıxışları oldu.Bu çıxışlarda səslənən şerlərdə Zəlimxanın nəfəsində,sözündə ürəyindən qopan hər kəlimədə bütün tarixi keçmişimiz,bu günümüz və gələcəyimiz- bütün Türküstan dünyası dilə gəldi.Aydın oldu ki,Zəlimxan Yaqub xalqını,vətənini,türkçülüyünü ürəkdən sevən,bununla qürur duyan bir türk oğludur.Soyuna,keçmişinə ürəyi,qəlbi,canı ilə-bir sözlə,ürəkdən bağlılığı səslənən şerlərdən aydın duyulurdu. Zəlimxanın dilində yad kəlimə,yad söz,yad ifadə tapmaq çətindir.Çünki şairin özü də,sözü də,qəlbi də,ruhu da xalqın soy kökünə dirənib. XX yüz illiyin sonu XXI yüz illiyin əvvəli Azərbaycan ədəbiyyatında yeni bir yol,yeni bir üslub-Zəlimxan üslubu kimi xalq üçün dəyərlidir.O, müasir dövr ədəbiyyatımıza bir ildırım kimi çaxaraq,günəş kimi parlayaraq qədəm basmışdır. Əgər XVI əsrdə dahi söz ustası Məhəmməd Füzuli özünü söz mülkünün sultanı sanırdısa,Zəlimxan Yaqub da öz əsərləri ilə Türk dünyasında söz mülkünün sultanıdır-XXI əsrin hökmdarıdır. Uşaqların çıxışlarının arasında muğam ustası Teyyub Zəlimxanın şerlərin bir neçəsini muğam üstə oxudu.Aşıq Ədalət Dəlidağlı xalqın ruhunu oxşayan telli sazı işə saldı.Sonra məktəbi Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Şükeyna Hüseyn qızı onun yaradıcılığının ən yüksək qiymətə layiq olduğunu qeyd etdi.Bildirdi ki,təkcə onu söyləmək kifayət edər ki, Zəlimxanın Heydər Əlirza oğlu Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı”əsəri ümummilli liderimiz haqqında yazılan əsərlər sırasında yazılan ən şah əsərdir.XXI əsrdə bütün xalq tərəfindən sevilən,söz mülkünün sultanı olan Zəlimxan Yaqubu əvəz edəcək bir şair inanmıram ki,yer üzünə bir də gələ. Tədbirin sonunda Zəlimxan çıxış etdi-şer dedi .Şagirdlər tərəfindən xatirə olaraq ona “Telli saz” hədiyyə verildi sonunda bütün məktəb kollektivi,şagirdlər Zəlimxan Yaqubla şəkil şəkdirdilər. Zəlimxan özü ilə gətirdiyi kitabları imzalayıb şagirdlərə payladı,qalan kitablar isə məktəb kitabxanasına hədiyyə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi