18 oktayabr Müstəqillik Günü

Məktəbimizdə Müstəqilliyimizin 25 – ci il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbiri 4-cü sinif şagirdləri hazırlamışdılar .Tədbirdə vətənpərvərlik ruhunda bir çox şeirlər,manılar və sözlər səsləndirildi.Sonda söz məktəbimizin direktoru Rövşən Qasımova verildi. O,müstəqillik tariximiz haqqında öz fikirlərini bildirdi. Bu gün müstəqil bir dövlət olaraq Azərbaycanın günü-gündən inkişafından söz açdı.Ölkəmiz bütün sahələrdəki inkişafı ilə yanaşı təhsildəki uğurlardan da danışdı.Tədris müəssisələrində məktəbdənkənar fəaliyyətin inkişafına xüsusi diqqət yetirməsini müəllim və valideynlərin nəzərinə çatdırdı.Müstəqilliyimizin əldə olunmasında vətən torpağı uğrunda şəhid olanlara rəhmət dilədi,yaralanan və vuruşan insanlara isə öz dərin minnətdarlığını bildirdi. Məktəbimizin direktoru bildirdi ki, bu müstəqilliyin Əbədi yaşar olması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Məhs onun 1993-cü il iyun ayını 15-də Azərbaycana qaydışından sonra ölkədə bir canlanma baş verdi.Ölkəmiz durmadan inkişaf etdi.Hal hazırda ölkə başçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları 10 ildən artıqdır ki,ölkəyə başçılıq etdiyi bir dövrdə bütün sahələrdə ölkəmiz böyük bir inkişafa nail olmuşdur. Orduya diqqət çoxalmış , ölkədə neft strategiyasının, təhsilin, elmin, mədəniyyətin və idmanın inkişafı bütün dünyaya səs salmışdır.Hal-hazırda ölkəmizin hərtərəfli inkişafı ölkə başçısının apardığı çox uğurlu dövlət siyasətidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi