"31 Mart Azərbaycan xalqının soyqırımı günü "tariximizin qan yaddaşıdır.

Hər il xalqımız Ümummilli liderimiz,həmişəyaşar Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin sərəncamı ilə mart ayının 31-i -azərbaycanlıların soyqrımı günü ümumxalq matəm günü kimi qeyd edir. Soyqrım nədir? Soyqrım bir millətin dil,din,məzhəb və milli fərqləri ilə əlaqədar olaraq bir dövlət və ya hərbi siyasi qurum tərəfindən məqsədli şəkildə yox edilməsi prosesi deməkdir.Ümumiyyətlə, soyqrım hər hansı bir xalqın və etnik qrupun qəsdən məhv edilməsini güdən hərəkətlərə deyilir. Tariximizə nəzər salsaq görərik ki,mübariz və məğrur Azərbaycan xalqı XX əsr tarixinin bütün mərhələlərində genosidə-soyqrıma məruz qalıb. Xalqımıza qarşı soyqrım törədən ermənilər və onların himayədarlarının əsl məqsədi odur ki,bizi yer üzündən silsinlər.Amma bizi sona yetirmək ,sarsıtmaq mümkün olmamış,mümkün deyil və olmayacaqdır. Çünki bir ölənimiz varsa ,min dirilənimiz var. Qaniçən ,insaniyyətdən kənar vəhşiləşmiş erməni xalqı tarix boyu nəinki azərbaycanlılra,ümumiyyətlə,bütün türklərə qarşı öz övladlarını düşmənçilik mövqeyində tərbiyə edirlər. Azərbaycan Cənubi Qafqazın və Ön Asıyanın ən qədim tarix və zəngin mədəniyyətə malik bir ölkəsidir.Bu zəngin tarix və mədəniyyət iki milyon ildən çox bir dövrü əhatə edir və bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz naxışlarıını vurmuş,əbədilik izinini qoymuşdur.Odlar yurdu tarixinin hər bir səhifəsi çox dəyərli və qiymətli hadisələrlə zəngindir.Bu zənginliyin hər qarşında gözü bizi götürməyən düşmənlərimizin törətdiyi qanlı cinayətlərin səhifələri vardır. Azərbaycan xalqı mübariz xalqdır.Bir əsrdə öz ixtiyarı öz əlində olmamış ,həm obyektiv ,həm subyektiv səbəblərdən onun varlığına qarşı yönəlmiş soyqırım kimi dəhşətli faciənin qarşısını almağa hazır olmamışdır.Maddi və mənəvi asılılıq özünü düşməndən müdafiə etməyə imkan verməmişdir. Baxın bu gün bir millət və dövlət kimi bizi dünyanın hər yerində tanıyırlar.Düşmənə layiqli cavab verəcək ordumuz və müstəqil olan yurdumuz var.Mən azadam ,azad yaşayıram.Heç bir mənfur millət mənə qarşı yenidən soyqırım törətməyə qadir deyil.Mən buna imkan vermərəm.Milyonların səsinə səs verməyə çağırıram.Əziz övladlarım, qardaşlarım,ana və bacılarım.Qeyrətimiz heç vaxt susmasın!Qoymayın bu millət bir də soyqırıma məruz qala!Bu millətə əyilmək yaraşmayıb,yaraşmaz da! Məktəbimizdə Soyqrıma həsr olunmuş tədbir keçirildi.Divardan xəritə asılmışdı.Həmin xəritədə 1928-ci il mart ayının 29-dan aprel ayının 2-ə dək ermənilərin vəhşiliklər törətdiyi Bakı,Şamaxı,Quba,Qarabağ,Zəngəzur,Naxçıvan və Lənkəran bölgələri qara çərçivəyə alınmışı.Tədbirdə şagirdlər tərəfindən həmin vaxt 20 mindən çox azərbaycanlının vəhşicəsinə qətl edilərək,çoxlarının diri-diri xəndəklərə doldurulduğundan shbət açıldı.Qeyd edildi ki,təkcə Şamaxı və Bakı ətrafında 1 gecədə 12 min insan –uşaq,qoca,gənc indi şəhidlərin uyuduğu “Çəmbərəkənd” deyilən ərazidə xəndəklərə doldurub üstünə torpaq veriblər.Hətta bu qırğında əli lan S.M.Kirovun heykəlini ucaldıblar.Sonra Quba məzarlığı erməni təcavüzünün dəhşətlərinin nümüyişi kimi uşaqlara göstərilib.Tədbirin sonunda şagirdlər müqıddıs torpağ,3 rəngli bayrağa və analarının saf südünə and içiblər ki,bu qisası yerdə qoymayacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi