XI siniflərlə vida

Bu gün əziz XI siniflərimizin yaddaqalan günlərindən biridir.Biz onların bu əziz və yaddaqalan dəqiqlərində onlarla birgə olmaq, və xalqını xoşbəxt gələcəyə aparmaqla öz gücünü, qüvvəsini və bacarığını verə biləcək bir gənc kimi son zəng sədaları altında onları yola salmağa yığışmışıq.Əziz XI siniflərin sevincdən yaşayan göz yaşlarını görmək, həyat yollarında , sərbəst həyata addımlarında onlara dəstək olmaq üçün bütün müəllimlər ,valideynlər ,qonaqların bacı – qardaşları yaxın qohumları bu məkana yığışıb.Ona görə də əvvəlcə XI sinifləri təbrik etmək, məktəbdə olan qonaqlarla sizləri tanış etmək və “Son Zəng” tədbirlərini açıq elan etmək üçün söz məktəbimizin direktoru Rövşən Qasımova verildi.Hər biriniz Vətən üçün arxa,dayaq olmalısınız.Arzumuz budur ki, siz həyatın bütün çətinliklərindən uğurla çıxasınız.Vətən həmişə sizinlə fəxr etsin.Sonda uşaqlar, yəni XI siniflərin hamısı birlikdə.Bu da ayrılıq aləmi, bu da son vida. Ey məktəb illəri sənə əlvida mahnısı oxuyurlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi