28 May Respublika Günü ilə əlaqədar məktəbimizdə tədbir

27 may 2016-cı il tarixdə M.Mehdiyev adına 280№-li tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə məktəbin akt zalında tədbir keçirildi. Həmin tədbiri tarix müəlliməlləri Cəbrayılova Nuriyyə ,Nəbiyeva Səidə və İngilis dili müəllimi Qaranzadə Leyla təşkil etmişdi. Təbdir Azərbaycan bayrağının hərbi marşın sədaları ilə səhnəyə qaldırılması ilə başladı. Şagirdlər Respublikya və vətənə aid şeirlər söylədilər. Uşaqlar Əliheydər Qarayev,Bankratovun ”M.Əmin güllələnməlidir” hökmünə qarşı Stalinin etirazı, Stalinin M.Əmini xilas edib Moskvaya aparması, M.Əminin isə vətəndən ayrılarkən söylədiyi son nitqinin səhnələşdirilmiş mətnini rollarla ifa etdilər. Respublikamızın bu günkü nailiyyətlərindən geniş söhbət açıldı.Tədbirdə vətənə aid, eyni zamanda türk xalqlarının birliyinə, yenilməzliyinə aid mahnı və şeirlər ifa edildi. Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov bir daha şagirdləri Respublika günü münasibərti ilə təbrik etdi və Ulu öndər Heydər Əliyevin Respublika quruculuğunda kı əvəsiz xidmətlərindən danışdı.Hal hazırda Möhtərəm Prezident Ali Baş Komandan İlham Əliyev cənablarının ölkədə hər bir sahədə gördüyü işlərdən və uğurlardan ürəkdolusu danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi