Novruz bayramı şənliyi 280№-li tam orta məktəbdə

Novruz bayramı xalqımızın ən sevimli və ən əziz bayramidir desək, yanilmariq. Hamının qeyd etdiyi digər bayramlardan: dini, dövlət və dünya xalqlari ilə birlikdə qeyd etdiyi bayramlardan fərqli olaraq, bu bayrami biz ayri coşqu və həyəcanla qeyd edirik. Bəlkə, bu bayrami özümüzə daha doğma, daha yaxin hiss etdiyimizdən və bu ”doğmaliğin” çox uzun bir tarixi olduğundan irəli gəlir. Novruz bayrami təbiətlə, fəsillərin dəyişməsi ilə bağlidir və bu bayram yer üzündəki canli varliqlarin həyatina oyaniş, təzəlik, yeni başlanqic gətirir. Biz insanlar da ana təbiətin bir hissəsiyik və bizim də bu bayrama qatilmağimizdan təbii bir şey ola bilməz. Demək ki Novruza təkcə bizim və ya digər xalqin bayrami deyil, bütün insanliğin və Yer üzündəki bütün canli varliqlarin bayrami demək olar. Bakı şəhəri M.Mehdiyev adına 280№-li tam orta məktəbdə də Novruz bayramı böyük coşğu ilə qeyd olunub.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qaranizadə Leyla müəllimənin təşkil etdiyi bayram şənliyi boyük marağa səbəb olub.Şagirdlərin ifasında şeir,mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Tədbirin sonunda tədbirin təşkilində fəal iştirakına görə şagirdlərin bəzilərinə fəxri fərman təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi