Mülkü Müdafiə günü

06Aprel tarixində məktəbimizdə Mülkü Müdafiə günü keçirilmişdir.Səhər saat 745-də Akt zalında müəllimlərin toplanışı olmuşdur.Məktəbimizin direktoru R.Qasımov toplantıda iştirak edərək müəllimlərə fövqəladə hallar haqqında məlumatlar vermişdir. Belə hdisələr zamanı əziyyət çəkən insanlara göstərilən köməkliklərdən danışmışdır. Sonra saat 830-da məktəbin şəxsi heyyəti (bir qrup şagird və müəllimlər) təxliyə olunmuşdur. Məktəbin bütün çıxış qapıları açılmışdır.Şagird və müəllimlər həmin qapılardan həyacan siqnalı altında çölə çıxaraq məktəbin qarşısında düzülmüşlər. Sonra yaralıların təhlükəli zonadan çıxarılması nümayiş etdirildi. Yanğın söndürən balonlar vastəsi ilə yanan ərazilər söndürüldü. Məktəbin direktoru şəxsən özü yanğınsöndürən balon vastəsi ilə ilk olaraq şagirdlər arasında yanan ərazini zərərsizləşdirdi.Sonra şagirdlərə əlehqazdan istifadə qaydalarını izah etdi.Saat 935-dən etibarən 2,5,6 və 10,11-ci siniflərdə açıq dərslər keçirildi. Direktor R.Qasımov dərslərə baxış keçirdi.Şagirdlərin fövqəladə hallar ilə bağlı bilgilərini soruşdu və öz tövsiyələrini onlara aşıladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi