“Evdə qal” maarifləndirici aksiya

Son günlərdə nəinki ölkəmizi, eləcə də bütün dünyanı təşvişə salan koronavirus infeksiyasının ölkəmizdə yayılmasının  qarşısını almaq məqsədi ilə möhtərəm prezidentimiz İlham Əliyevin tövsiyə və tapşırıqlarına əməl etmək hər birimizin borcudur. Məktəbimizin 6D sinfinin rəhbəri Məmmədova Billur müəllimənin təşəbbüsü ilə şagirdlərimiz “Evdə qal” maarifləndirici aksiyaya qoşuldular. Bu təhlükəli günlərdə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün şagirdlərimizin online formada hazırladıqları şəkil və videolar hər birimiz üçün çağırış olsun. “Evdə qal” aksiyasına qoşulan hər bir şagirdimizi alqışlayır və bu addımları ilə hamıya nümunə olacaqlarına sevinirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi