"Riyaziyyat fənn aylığı"

 “Riyaziyyat fənn aylığı ” çərçivəsində  məktəbdə müxtəlif seminarlar ,dəyirmi masalar ,pedoqoji mühazirələr, bilik yarışı və monitorinqlər təşkil olundu .Aylığın keçirilməsində əsas məqsəd fənnə olan marağı artırmaq, fənnin tədrisi vəziyyətini yüksəltmək , istedadlı şagirdləri aşkara çıxarmaq və qabaqcıl müəllimlərin təcrübəsini öyrənməkdir.Fənn aylığı ilk həftəsi təşkilatı işlər görülmüş , şagirdlərin hazırladıqları divar qəzetləri ,stendlər dəhlizdən , sinif otaqlarından asılmışdır.V və VI siniflərdə monitorinqlər keçirildi.

18.12.2019-cu il tarixində Ə.Səba və S.Samirə müəlliminin təşkilatçılığı ilə “ V siniflərarası N.Tusi adına bilik yarışı keçirildi.V siniflərdən təşkil edilmiş 7 komanda , müxtəlif mərhələlər üzr yarışdılar.Burada komandaların təqdimatı oldu.Riyazi qaydalar söylənildi,riyazi məntiq suallarına cavab verildi,riyazi lətifələr danışıldı,krassvord və riyazi fiqurlara aid tapşırıqlar həll edildi.Yarış çox maraqlı keçdi və münsiflər tərəfindən balla qiymətləndirildi.Sonda müxtəlif mərhələlərdən ibarət olan bu yarışda  5”C”sinfinin kvadrat komandası I yerə, 5”Ə” ,5 “K” siniflərinin “Trapesiya” komandası II yerə , 5”A” sinfinin “Paraleoqram” 5”D” ,5”Z” siniflərinin “Üçbucaq” komandası III yerə layiq görüldülər.Qaliblərə fəxri fərmanlar təqdim olundu,digər komandalar fəal iştirakçı kimi fərqləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi