Valideynin məktəbdə bir günü.

Bakı şəhəri 276№li tam orta məktəbdə 19.02.2019-cu il tarixdə "Valideyinin məktəbdə bir günü" adlı layihəsinin icrası ilə bağlı tədbir keçirildi. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin nümayəndəsi Tahirə Qədimova iştirak etdi. Tədbiri məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev açdı. O, layihə haqqında valideynlərə geniş məlumat verdi.
Valideynlər məktəbin foyesində təşkil olunmuş sərgi ilə tanış oldular. Valideynlər məktəbin kitabxanası, "Məktəblinin dostu"nun iş otağı, tibb otağı, yeməkxana, sinif otaqları, idman və akt zalları, fənn labarotoriyaları, informatika və linqafon kabinetləri ilə tanış oldular. Valideynlər təşkil olunmuş dərsləri müşahidə etdilər. Məktəbin akt zalında valideynlər üçün seminar təşkil olundu. Seminarda Təlimə Dəstək Mərkəzinin nümayəndəsi Tahirə Qədimova "Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi" mövzusunda çıxış etdi. Valideynləri maraqlandıran suallar cavablandırıldı. 
Tədbirdə bu il yubileyi olan bir qrup müəllimlər "Fəxri Fərman"la təltif olundular.
Sonda şagirdlərin hazırladığı bədii hissə nümayiş etdirildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi