Valideynlərlə görüş keçirilib

Valideynlərlə görüşlər davam edir

“Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 276 nömrəli tam orta məktəbdə birinci sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

“Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan görüşlərin əsas məqsədi məktəb-valideyn əlaqələrini möhkəmləndirmək, layihə, layihənin fəaliyyət göstərdiyi müddət ərzində həyata keçirilən tədbirlər, görülən işlər barədə valideynlərə ətraflı məlumat verməkdən ibarətdir.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

276 nömrəli tam orta məktəbdə keçirilən görüşdən fotoları sizə təqdim edirik:

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi