Son zəng

Bakı şəhəri 276 №-li tam orta məktəbdə bu gün “Son zəng” tədbiri keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev , Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov da   iştirak etdilər. Öncə 276 saylı məktəbin direktoru Bəhram Şiriyev şagirdləri, müəllimləri və qonaqları salamladı. Daha sonra  isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov  və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək  Son zəng münasibətilə  məzunları  təbrik etdilər, onlara  gələcək həyatlarında yeni yeni uğurlar arzuladılar.

Sonra tədbir bədii hissə ilə davam etmişdir. Balaca 1-cilər  şeirlər söyləmiş, rəqs etmiş, mahnılar ifa etmişlər. Kiçik konsert proqramı tədbirdə iştirak edən hər kəsə xoş dəqiqələr yaşatmışdı. Tədbirin sonunda “Son Zəng” çalınmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi