Heydər Əliyev dərsi

Ulu Öndər Heydər Əliyevin çox zəngin siyasi irsinin öyrənilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı arasında razılaşdırılmış tədbirlər planına uyğun olaraq Binəqədi rayon 276№-li tam orta məktəbin XI sinif şagirdləri ilə ilk dərs keçirildi.

Dərs  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə məktəbin direktoru, Əməkdar müəllim Bəhram Şiriyev “Ulu Öndər Heydər Əliyev irsi və gənclik” mövzusunda təşkil edilmiş dərslərin mahiyyətindən, dahi şəxsiyyətin həyat və fəaliyyətinin gənc nəslə ötürülməsinin mahiyyətindən danışdı. 

Məktəbin  tarix müəllimi, Əməkdar müəllim Elxan Quliyev  isə “Xarici siyasətdə uğurlar” mövzusunda çıxış etdi.

Dərs zamanı Ulu Öndər haqqında video-film nümayiş etdirildi.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi