Biologiya fənnindən açıq dərs

Bu gün  9 A sinfində biologiyadan açıq dərs keçirildi. Açıq dərsin mövzusu “Müasir dövrün qlobal ekoloji problemləri” idi. Dərsdə fənn müəllimi Təranə İsayeva müasir təlim metodlarından istifadə edərək  şagirdlərin diqqətini dövrün qlobal ekoloji problemi olan iqlim dəyişmələrinə yönəltdi. Qlobal istiləşmənin nəticəsində dünyada baş verən dəyişikliklər və ətraf mühit problemlərinin həlli şagirdlərin müzakirəsinə verildi. Slaydlarla, şagirdlərin ekologiyaya aid çəkdiyi rəsmlərlə zəngin olan dərs işgüzar şəraitdə   keçdi. Bu cür dərslər yetişməkdə olan gənc nəslin ekoloji şüurunun formalaşmasında və ekoloji biliklərinin artırılmasında mühim rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi