Ətraf mühitin mühafizəsinə aid tədbirlər

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Nəqliyyat vasitələrindən atmosferə atılan çirkləndirici maddələrin insan sağlamlığına və ətraf mühitə təsiri” layihəsi çərçivəsində 276№-li tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə təlimlər və dəyirmi masalar  təşkil etmişdir. Təlim zamanı şagirdlər ətraf mühitlə bağlı geniş məlumat almış və onlara layihə ilə bağlı təlim materialları paylanmışdır. Dəyirmi masa zamanı isə şagirdlər təlimlərdə qazandıqları bilik və məlumatlara əsaslanaraq, ətraf mühitin mühafizəsi ilə bağlı  öz innovativ  təklif və düşüncələrini bölüşmüşlər.

Tədbirdə iştirak edən  müəllim və valideynlər bu cür layihələrin məktəblərdə təşkili yetişməkdə olan gənc nəslin ekoloji şüurunun inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi