“Ölkəmizi tanıyaq” layihəsi

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Lənkəran - Masallı –Astara rayonlarına yola salınmaları münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, ictimai birliklər,... “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları iştirak etmişdirlər.
Cənub bölgələrində reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 40 məktəbli iştirak edəcəkdir. Onlar arasında məktəbimizin 3 şagirdi də iştirakçılar sırasındadır.
Tur-aksiya iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi eyni zamanda Azərbaycan bayrağını qururla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırmışlar.
Sonda tur-aksiyasının iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla cənub bölgəsinə yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi