Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş tədbir

Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir 276 saylı tam orta məktəbdə təşkil edilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva iştirak etdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev qonaqları, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin keşməkeşli bir dövründə yaranmışdır. Dağılmaqda olan ölkəni xilas etmək üçün 91 nəfər ziyalının Heydər Əliyevə müraciət ünvanlaması, Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin sədr seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. Tədbirin davamında məktəbin şagirdləri müxtəlif şeir və mahnı kompazisiyaları təqdim etdilər. Tədbirin sonunda YAP Binəqədi Rayon Təhsil Aparatının rəhbəri Sevinc Abdullayeva çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual yarışda rayon üzrə I yeri tutmuş məktəbimizin komandasına kubok və diplomları təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi