“Şəhadət” filminin təqdimatı

Binəqədi rayon 276 saylı orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhadət” filminin təqdimatı keçirilmişdir. Tədbirdə İcra Hakimiyyəti Aparatının İctimati-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, DQİDK-nin Bakı şəhəri, Binəqədi rayon şöbəsinin rəhbəri Samir Yoldaşov və rayon ərazisində fəaliyyət göstərən 3, 102 və 276 saylı orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayıb, tədbirin keçirilmə məqsədi və zəruriliyi barədə danışdı. Daha sonra çıxış edən şöbə müdiri Elman Dadaşov din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələri pisləyərək, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğunu iştirakçıların diqqətinə çatdırdı. DQİDK-nin rayon şöbəsinin rəhbəri Samir Yoldaşov öz növbəsində əsl İslami dəyərlərə görə İslamın sülh, sevgi dini olduğunu bildirdi. Çıxışlar bitdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” filmi nümayiş etdirildi. Qeyd edək ki, daha əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filmi bir neçə məktəblərdə nümayiş etdirilmişdir və qarşıdakı həftələrdə “Şəhadət” filminin digər məktəblərdə nümayişi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi