Son Zəng

Bakı şəhəri 276 №-li tam orta məktəbdə 14 iyun 2017-ci il-ci il tarixində “Son zəng” tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılmışdır. Məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev çıxış edərək tədbiri açıq elan etmiş, məzunları təbrik etmişdir. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Elnur İmanov, valideyn-müəllim assosiasiyasının sədri, müəllim və valideynlər iştirak etmişlər. Çıxış edənlər məzunlara gələcək həyatında uğurlar arzulamışdılar. Tədbirdə məktəbin məzunları hazırladıqları kompozisiyaları təqdim etmişdilər. Eyni zamanda məzunları 1-cilər öz şeirləri ilə təbrik etmişdilər. Sonda tədbirin simvolu olan “Zəng” çalınmışdır. Əziz məzunlar! Sizi “Son zəng” münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi