“Molla Pənah Vaqif 300 il” tədbiri

Bakı şəhəri 276 №-li tam orta məktəbdə 07-06-2017-ci ildə “Molla Pənah Vaqif 300 il” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.Gecəni giriş sözü ilə məktəbin direktoru Bəhram Şiriyev açmışdır.Şagirdlər sənətkarın yaradıcılığının əsasını təşkil edən qoşma və təcnislərə, həm də klassik janrlarda yazdığı qəzəl, müxəmməs və müstəzadlara müraciət etdilər. M.P. Vaqifin nikbinlik, xəlqilik, həyatilik əks etdirən “Pəri”, “Qurban olduğum”, “Hayıf ki, yoxdur”, “Şamama” və.s şeirlərini ifadəli söylədilər. Məktəbin balaca aktyorlari xüsusi səhnə peşəkarlığı ilə Səməd Vurğunun “Vaqif” dramındakı müəyyən hissələri göstərdilər. Yüksək səviyyədə keçirilən tədbir valideynlər və qonaqlar tərəfindən alqışlarla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi