Bakı şəhəri 276№-li tam orta məktəbdə “Xocalı soyqırımının 23-cü ildönümü” ilə bağlı keçirilmiş tədbir haqqında

Bakı şəhəri 276№-li tam orta məktəbdə “Xocalı soyqırımının 23-cü ildönümü” ilə bağlı keçirilmiş tədbir haqqındaAzərbaycan Respublikasının Təhsil nazirinin “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi barədə” 09.02.2015-ci il tarixli 147 nömrəli əmrinə əsasən Bakı şəhəri 276 №-li tam orta məktəbində tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən məktəbdə foto-stendlər, rəsm sərgiləri düzəldilmiş, şagirdlər tərəfindən divar qəzetləri hazırlanmışdır. Siniflərdə Xocalı soyqırımına həsr olunmuş videorolik və sənədli filmlər nümayiş etdirilmişdir. Eyni zamanda “Xocalı soyqırımı” mövzusunda inşalar yazılmışdır. 26.02.2015-ci ildə siniflərdə ilk dərs “Xocalı soyqırımının iyirmi üçüncü ildönümü”nə həsr edilmiş, məktəbdə yaradılmış foto-stendin qarşısına güllər qoyulmuşdur. 26 fevral 2015-ci il tarixində 276 №-li tam orta məktəbində “Xocalı harayı” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb şagirdləri Qarabağa, Xocalıya, Vətən həsrətinə aid şeir, mahnı və kiçik səhnələrdən ibarət kompozisiya ilə çıxış etmişdirlər. Tədbirdə məktəbin direktoru əməkdar müəllim B.Şiriyev çıxış etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi