Milli Məclisin deputatı, elmlər doktoru, professor Hüseynbala Mirələmovla görüş

Bakı şəhəri Binəqədi rayonu 276№-li tam orta məktəbdə 31 oktyabr 2014-cü il tarixində yazıçı-publisist, Milli Məclisin deputatı, elmlər doktoru, professor Hüseynbala Mirələmovla görüş keçirilmişdir. Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini – Vüsal İsmayılov, Filologiya elmləri doktoru – Raqub Kərimov, Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru – Nazim Əhmədli, Filologiya elmləri doktoru – İslam Qəribli iştirak ediblər. Tədbiri 276№-li tam orta məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında geniş çıxış edərək açmışdır. Bundan başqa tədbirdə -1. Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru – Nazim Əhmədli; 2. Filologiya elmləri doktoru – Raqub Kərimov; 3. Filologiya elmləri doktoru – İslam Qəribli; 4. Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini – Vüsal İsmayılov Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında geniş şəkildə danışmışlar. Tədbirin maraqlı və yaddaqalan hissələrindən biri də məktəb şagirdlərinin Mirələmovun “Heydər Əliyev”, “Zərifə Əliyeva”, “İlham Əliyev”, “Gəlinlik paltarı”, “ Yanar qar”, “Bir gecənin sehri” və digər əsərləri əsasında hazırlamış kompozisiya təqdim olunmasıdır. Hüseynbala Mirələmov tədbirdə çıxış etmiş və müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışdır. Tədbirin sonunda Mirələmov məktəb kitabxanasına və şagirdlərə kitablarından hədiyyə etmişdir. Xatirə şəkilləri çəkdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi