“Qanlı Yanvar”

Bakı şəhəri Binəqədi rayonu 276№-li tam orta məktəbdə 19yanvar 2015-ci il tarixində “20 Yanvar” faciəsinin 25-ci ildönümü qeyd edilmişdir. Bu gün ilk dərs “Qanlı Yanvar” faciəsinə həsr edilmiş və Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Məktəbdə Azərbaycanın suverenliyi naminə həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru əməkdar müəllim Şiriyev Bəhram və tarix müəllimi Cəfərova Afət “20 Yanvar” faciəsi haqqında üzülərək danışmışlar. Tədbirin əsas hissəsində şagirdlərin hazırladıqları “Azadlıq uğrunda” adlı musiqili-ədəbi kompozisiya təqdim edilmişdir. Tədbirdə şagirdlər vətənpərvərlik və qəhrəmanlıq ruhunda şeirlər söyləmiş, mahnılar oxumuşdurlar. Sonda müəllim və şagird kollektivi “20 Yanvar Şəhidləri” üçün hazırlanmış lövhənin qarşısına güllər qoymuşdular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi