“Riyaziyyat Elmlərin Şahıdır” adlı tədbir

09.03.2017 tarixində məktəbimizdə V-VII sinflərin iştirakı ilə “Riyaziyyat Elmlərin Şahıdır” adlı tədbir keçirildi. Tədbirdə “Rəqəmlərin bəhsi”, “Elmlərin mübahisəsi”, “Həndəsi qurultay” kimi səhnəciklər kecirildi. “Həndəsi qurultay” adlı səhnəcikdə hər bir həndəsi fiqurun ozünü təqdim etməsindən bəhs olunurdu. Bundan əlavə şagirdlər riyazi tapmacalar, aforizimlər, kəlamlar söyləyib, mahnılar oxuyub, rəqslər nümayiş etdirdilər. Sonda isə məktəbin direktoru B.Şiriyev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.Tədbiri təşkil edən fənn müəllimləri Cəfərova Nuriyyə və Əliyeva Qiyafətin məqsədi riyaziyyat fənnini şagirdlərə sevdirmək, həyatda olan rolunu onlara göstərməkdən ibarət idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi