“Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” layihəsi

Bakı şəhəri 276№- li tam orta məktəbdə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ”Ekoloji mədəniyyət və incəsənət. Azərbaycan ekoloji tarixi və etnoqrafiyası” mövzusunda “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” adı altında bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Fəaliyyətin əsas məqsədi layihə çərçivəsində şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq olmuşdur.Şagirdlər Hacıqabul gölünün ekoloji vəziyyəti, tarixi, iqtisadi əhəmiyyəti, flora və faunası (əvvəlki və indiki vəziyyətdə), gölün insanlara, flora və faunaya təsirindən, gölün bərpasının ətraf mühitə təsiri haqqında məqalələr hazırlamış, canlı olaraq orada ekskursiyalara getmiş, müşahidələr aparmış və vidoçarxlar çəkmişdirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi