Onlayn sistemində "Mən məktəblinin dostuyam" başlığı altında tanıtım görüşü

Bakı şəhəri 5№-li və Binəqədi rayon 276№-li tam orta məktəblər arasında onlayn sistemində "Mən məktəblinin dostuyam" başlığı altında tanıtım görüşü keçirildi. İki ayrı-ayrı məkanda yerləşən məktəblər arasında internet vasitəsilə canlı bağlantı qurularaq, bu məktəblərdə çalışan "Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları böyük ruh yüksəkliyi ilə öz sevimli şagirdlərilə birgə təqdimat mərasimi keçirdilər. Görüşü məktəb direktorları Bəhram Şiriyev və Nərminə Gündüzlü açaraq hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən "Məktəblinin dostu" pilot layihəsi üzrə 112 nəfər əməkdaşın çalışdığını və bu əməkdaşların missiyasının hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasından ibarət olduğunu qeyd etdilər. Canlı bağlantı zamanı "Məktəblinin dostları"ndan hər biri Nicat, Vüsalə, Aygün (267№-li məktəb), Şaban, Elnarə, Zülfiyyə, Şəfəq (5№-li məktəb) ayrı-ayrılıqda özlərini təqdim edərək, məktəbdə sevimli şagirdləri ilə bu qısa müddətdə apardıqları layihə və işlərdən danışdılar. Görüş zamanı şagirdlərdə həmçinin dostlar haqqında müsbət fikirlər söylədilər və hətta dostluq haqqında atalar sözlərini yada salmağı belə unutmadılar. Canlı yayında hər iki məktəb dostlara həsr etdikləri məzəli və duzlu mahnıları da ifa etdilər və məktəblilər bu pilot layihədə bir-birinə uğurlar dilədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi