“Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir

Fevralın 14-də Binəqədi rayonu, 276 nömrəli tam orta məktəbdə Bakı şəhər BPİ-nin təşkilatçılığı və təşəbbüsü ilə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov , məktəbin direktoru Bəhram Şiriyev və məktəbin şagirdləri iştirak etmişdirlər. Tədbirdə çıxış ədən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov bildirmişdir ki, narkomaniya bəlasının ictimai təhlükəsi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verərək, yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir. Gənclərimizin sağlam ruhda böyüməsi üçün hər bir vətəndaş bu bəlaya qarşı mübarizəyə qoşulmalıdır. Dioloq şəklində davam edən tədbirdə məktəbin direktoru Bəhram Şiriyev yeniyetmələrin zərərli vərdişlərindən – narkomaniyadan qorunması üçün polis məktəb əlaqələrinin əhəmiyyətindən danışdı və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırdı.Sonra tədbir dirkusiya şəklində davam etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi