Pedaqoji şuranın növbəti iclası keçirildi

Yanvarın 30 –da məktəbdə Pedaqoji şuranın növbəti iclası keçirildi. 2023-2024-cü tədris ilinin birinci yarımilinin sonu və ikinci yarımilildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda, həmçinin məktəbdə uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub.

Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Məktəb kollektivi həmin təlimatla məktəbin direktoru tərəfindən tanış edilib. İclasda həmçinin məktəbin tərbiyə işləri üzrə təşkilatçısı və psixoloqu da bu barədə çıxışlar etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi