"Azərbaycan dili milli varlığımızdır" adlı tədbir keçirilmişdir

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Azərbaycan dili milli varlığımızdır" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbimizin direktoru, əməkdar müəllim B. Şiriyev açıq elan edərək, gənclərimizi hər zaman dilimizə müqəddəs münasibətə səsləmişdir. Tədbirdə şagirdlərimiz tərəfindən ana dilimiz, onun milli-mənəvi sərvətimiz olaraq qorunub saxlanılmasında çox böyük rolu olan Ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edilmiş, əsərlərində Ana dilinə qayğıkeş münasibəti ilə seçilən şairlərimizin şerləri dilimizdə oxunmuş, sevgi ilə bəstələnmiş mahnılar səsləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi