Valideynlərlə görüş keçirildi

Bakı şəhəri 276 №-li tam orta məktəbdə valideynlərlə görüş keçirildi. Valideynlərlə ilk öncə məktəbin daxili nizam - intizam qaydaları, şagird davranış qaydaları, məktəbli forması, şagird - şagird, şagird - müəllim, müəllim - valideyn, valideyn - övlad münasibətləri haqqında söhbət aparıldı.

Daha sonra şagirdlərin və eyni zamanda valideynlərin "İmtahan həyəcanı" haqqında söhbət təşkil olundu. İmtahan ərəfəsində şagirdlərlə davranış qaydaları, onlara dəstək olmaları, onlarla dost olmaları, qidalanmalarına və yuxu rejiminə diqqət etmələri, imtahana erkən getmələri və ən əsası özünə inanmaları və.s kimi məsləhətlər verildi.

Sonda isə valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi