Xocalı Soyqırımı 31 il

Elm və Təhsil Nazirinin 2023-cü il 15 Fevral tarixli 3-29/3-2-55F/ 2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı” na əsasən məktəbimizdə ilk dərslər Xocalı soyqırımına həsr olunmuş, silsilə tədbirlər keçirilmiş və sərgilər hazırlanmışdır. İlk dərslərdə bu mövzuda rəsmlər çəkilmiş, güşələr düzəldilmiş, ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir.

Həmçinin tədbirlərdə Xocalı Soyqırımının mahiyyəti şagirdlər və müəllimlər tərəfindən açılmış və belə qənaətə gəlinmişdir ki,  bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Qeyd edilmişdir ki, bu gün şəhidlərimizin ruhu artıq sakitdir, çünki tarixi torpaqlarımız azaddır, üçrəngli şanlı bayraq Vətən göylərində dalğalanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi