Məktəbli oxucular üçün "Ucadan oxu" təşkil edilib

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi kiçikyaşlı məktəbli oxucular üçün "Ucadan oxu" təşkil edib.

Tədbirdə Binəqədi rayon 276 saylı tam orta məktəbin 1 "b" sinif şagirdləri və sinif müəllimi İlahə Piriyeva iştirak edib.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova balacaları şöbə ilə yaxından tanış edib və kitabxana haqqında onlara məlumat verib. "Kitab ən qiymətli xəzinədir" mövzusunda məktəblilərlə söhbət aparılıb. Qeyd edib ki, hər birimiz kitabları sevməli və oxumalıyıq. Kitab oxumaq söz ehtiyatını artırır, nitqimizi gözəlləşdirir, məlumatlar əldə edirik. Daha sonra şöbəyə yeni daxil olmuş müxtəlif uşaq ədəbiyyatları haqqında balaca oxuculara məlumat verilib.

Məktəbli oxuculara şöbənin fondunda yer alan Şebnem Güler Karacanın müəllifi olduğu "Dənizatı Dıqıdıq və Yosun", "Ağ Ayı Kuto və Balıq" adlı öyrədici nağıllar oxunub. "Noğul bala Şeirlər" adlı kitabdan "Üçrəngli Bayrağım", "Əsgər" adlı şeirlər oxunub.

"Vətən" , "Azad Qarabağ", "Kitab" mövzusunda şeirlər söylənilib.

İnformasiya resurs şöbəsinin sistem inzibatçısı Nüşabə Məlikova balacalar üçün "Cizgi saatı" təşkil edib. Balaca oxuculara kitabxanadan bəhs olunan "Balaca ev" cizgi filmi nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi