20 Yanvar faciəsinin 33 –cü ildönü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 F/2023 nömrəli əmrinə və məktəbimizin fəaliyyət planına əsasən məktəbimizdə 20 Yanvar faciəsinin 33 –cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. Tədbirdə şagirdlərimizin 20 Yanvar hadisələrini münasibəti onların hazırladıqları təqdimat və çıxışlarında əks olunmuşdur. Eyni zamanda məktəbimizdə ilk dərslər bu mövzuya həsr edilmiş, divar qəzetləri, rəsmlər və güşələr də hazırlanmışdır.

Bu ərəfədə şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət etmiş, onların ruhu qarşısında baş əymişdilər.

Bununla bağlı Gənclər və İdman Nazirliyinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsində məktəbimizin 10 b sinif şagirdi Məmmədova Sadiqə I yer tutmuş, diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi