“Yollarda təhlükəsiz davranışı öyrənək”

Dekabrın 16-da Heydər Əliyev Mərkəzində “Yollarda təhlükəsiz davranışı öyrənək” şüarı altında intellektual yarış keçirilib.

İntellektual yarışda Bakı şəhərindəki 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

Üç turdan ibarət yarışda yol hərəkəti qaydaları, avtomobillərin tarixi, nəqliyyat vasitələri, piyadalar və velosipedçilər, avtomobillərin quruluşu və təchizatı, işıqforlar, yol nişanları, yol hərəkəti qaydaları və digər mövzular üzrə 36 sual səsləndirilib. Məktəbimizin komandası bu yarışda 8-ci yeri tutub.

Təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi