Əhməd Cavadın 130 il

Bakı Şəhəri üzrə Təhsil idarəsinin 10.10.2022-ci il tarixli F-316 №-li əmri ilə təsdiq edilmiş Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Tədbirlər Planının icrasını rəhbər tutaraq məktəbimizdə “Cumhuriyyət carçısı” adlı təntənəli yubiley tədbiri keçirildi. Tədbirin əvvəlində reprsiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sözləri şairə adi olan Dövlət Himnimiz səsləndirilmişdir. Tədbirdə Əhməd Cavadın həyat yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur. Sonra şagirdlərin ifasında şairin şeir və sözlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir. Şairin həyatının ən ağır anlarında onun sədaqətli həyat yoldaşı Şükriyyə xanımın ona olunan bütün təklifləri rədd edərək sürgünə razı olması haqqında olan səhnəciyik canlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi