"Zəfərlə başa çatan Vətən müharibəsi” mövzusunda inşa yazı müsabiqəsi

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin "Tənhalara dayaq" İctimai Birliyi "Zəfərlə başa çatan Vətən müharibəsi” mövzusunda inşa yazı müsabiqəsi iştirakçılarının mükafatlandırılma mərasimi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Qarabağ uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş milli qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimizin, veteranlarımızın şərəfli döyüş yolunu, milli vətənpərvərlik hisslərini yeniyetmə və gənc nəslə, eyni zamanda bütün ictimaiyyətə ötürməkdir. Mükafat alanlar sırasında məktəbimizin 8 Ç sinif şagirdi Musayeva Xədicə və 10 Ç sinif şagirdi Əliyeva Zəhra da var idi.

Təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi