Söhrab Tahirlə qörüş

Bakı şəhəri 276№-li tam orta məktəbdə xalq şairi Söhrab Tahirlə görüşBakı şəhəri Binəqədi rayonu 276№-li tam orta məktəbdə 22 aprel 2015-ci il tarixində xalq şairi Söhrab Tahirlə görüş keçirilmişdir. Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin əməkdaşı – Rüstəm Ramazanov , Bakı Şəhər Təhsil İdarəsinin məsləhətçisi – Allahverdi Mirzəyev, Yazıçı-publisist – Kamran Nəzirli iştirak ediblər. Tədbiri 276№-li tam orta məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev Söhrab Tahirin həyat və yaradıcılığı haqqında geniş çıxış edərək açmışdır. Tədbir məktəb şagirdlərinin Söhrab Tahirin əsərləri əsasında hazırladıqları kompozisiya ilə davam etdirilmişdir.Dəvət olunmuş qonaqlar xalq şairinin həyat və yaradıcılığı haqqında çıxış etmiş, eyni zamanda tədbirin təşkil olunmasını yüksək qiymətləndirmişlər. Xalq şairi Söhrab Tahir tədbirdə çıxış etmiş və müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışdır. Tədbirin sonunda Söhrab Tahir məktəb kitabxanasına və şagirdlərə kitablarından hədiyyə etmişdir. Xatirə şəkilləri çəkdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi