“Zəfərə gedən yol” adlı konfrans keçirildi

“Zəfərə gedən yol” adlı konfrans keçirilib

Bakı şəhəri 276 №-li tam orta məktəbdə təşkilatçı, tarix müəllimləri və kitabxana müdiri tərəfindən IX “B” sinif şagirdlərinin iştirakı ilə “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində və 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı konfrans keçirilib. Konfransın keçirilməsinin əsas məqsədi Zəfər tariximizi, onu yaşadanları tanıtdırmaq, şagirdləri tədqiqat fəaliyyətinə cəlb etmək, Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarət olub. Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda müəllimlərimiz çıxış edərək, 44 günlük Vətən müharibəsi, onun başlanma səbəbləri, Ali baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti haqqında geniş məlumat verərək şagirdlərlə diskussiya aparmışdılar.

Konfransın II mərhələsində müəllimlər "Zəfər tarixi" fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı v.s istiqamətlərdə müzakirələr aparmış və təkliflər hazırlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi