"Narkomaniya və zərərli vərdişlərə yox deyək!"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.09 2022-ci il tarixli F-305 №-li əmrinin icrasını rəhbər tutaraq məktəbdə "Narkomaniya və zərərli vərdişlərə yox deyək!" mövzusunda 8-ci siniflərlə maarifləndirici tədbir keçirilmişdir. Tədbir təşkilatçı, psixoloq, UBRT və məktəblinin dostu tərəfindən təşkil edilmişdir. Tədbirin məqsədi "Ağ ölüm" ün ailə və cəmiyyət üçün yaratdığı probləmləri diqqətə çatdırmaq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənti təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinəyatkarlığın artmasına səbəb olduğunu izah etməkdir. Həmçinin şagirdlərə asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi