20.02.2015-ci il tarixdə Bakı şəhəri 5 və 276 №li tam orta məktəblər arasında Azərbaycanın xalq yazıçısı M.C.Paşayevin əsərlərinin müzakirəsi əsasında “online” vasitəsi ilə təşkil olunmuş “Dəyirmi masa” keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə 16 dekabr 2014-cü il tarixli,1279 li əmrini rəhbər tutaraq məktəb üzrə tərtib olunmuş tədbirlər planına uyğun olaraq 20.02.2015-ci il tarixdə Bakı şəhəri 5 və 276 №li tam orta məktəblər arasında Azərbaycanın xalq yazıçısı M.C.Paşayevin əsərlərinin müzakirəsi əsasında “online” vasitəsi ilə təşkil olunmuş “Dəyirmi masa” keçirildi. Dəyirmi masada hər iki məktəbin məktəbin direktorları N.M.Gündüzlü və B.Q.Şiriyev,ana dili və ədəbiyyat müəllimləri,kitabxanaçılar və qonaq qismində Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Faiq Qəmərli,Binəqədi rayon İcra Hakimiyyətinin humanitar şöbə əməkdaşı Elnur Məmmədov,Nəsimi rayon Gənclər və idman idarəsinin əməkdaşı Şahmar Tağıyev iştirak etdilər. Diskusiya boyu hər iki məktəbin şagirdləri mütaliə haqqında maraqlı faktlar,”Müasir gənclik niyə kitab oxumur?”, “Kitab oxumaq ,ümumiyyətlə mütaliə insana nə verir?” , “Mütaliə hafizəni gücləndirimi?” , “Biz niyə bədii ədəbiyyatlar oxumalıyıq?”kimi suallar əsasında fikir mübadiləsi etdilər. Tədbirdə şagirdlər Azərbaycanın xalq yazıçısı,ədəbiyyatşünas Mir Cəlal Paşayevin yaradıcıliğı,,3 əsərinin filmoqrafiyası haqqında da geniş söhbət etdilər.Onlar yazıçının “Həkim Cinayətov”, “Təzə toyun nəzakət qaydaları”, “Kəmtərovlar ailəsi”, “Anket Anketov”, “İclas qurusu”, “Bir gəncin manifesti”, “Ərik ağacı”, “Möhür”, “Dirilən adam” və s. hekayə və romanlarından gözəl fikirlər söylədilər. Sonra 5 N-li tam orta məktəbin şagirdləri yazıçının “Bir gəncin manifesti” əsərindən “Sona xanımın xalçasının satılması”, 276 N-li məktəbin şagirdləri isə “Plovdan sonra” hekayəsindən səhnələşdirilmiş parçalar nümayiş etdirdilər. Dəyirmi masanı 276№-li tam orta məktəbin 11-ci sinif şagirdi Hacızadə Rəşad oz gözəl nəgmə ifası ilə daha da canlandırdı.İştirakçı şagirdlər üçün Təhsil İdarəsinin nümayəndəsi Faiq müəllim və 276№-li məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Həcər xanımın yazıçı, publisit M.C.Paşayevlə bağlı xatirələri çox maraqla qarşılandı.Sonda hər iki məktəbin direktoru şagirdlər tərəfindən mütaliə, M.C.Paşayev yaradıcılığı ilə bağlı səsləndirdikləri fikirlərə görə onlara təşəkkür bildirdirib təhsildə onlara uğurlar arzuladılar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin mütaliə ilə bağlı əmrindən irəli gələn vəzifələrin məktəblərdə həyata keçirilməsi istiqamətində davamlı işlərin aparılmasına söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi