Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı şəhəri 276 №-li orta məktəbdə oktyabrın 18-də Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, əməkdar müəllim B.Şiriyev çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında məlumat verərək tədbir iştirakçılarını təbrik edib. Təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın inkişaf strategiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan B.Şiriyev bu yolun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Tədbirdə şagirdlər tərəfindən Vətənə həsr olunmuş şeirlər söylənilib, mahnılar ifa olunub və rəqslər nümayiş etdirilib. Vətənpərvərlik mövzusunda şeirlərin və mahnıların ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi