Müstəqilliyə gedən yol

271 nömrəli məktəbdə yanvarın 19-da 20 Yanvar faciəsinin 26 illiyi ilə əlaqədar "Müstəqilliyə gedən yol"adlı tədbir keçirildi. Tədbirdə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi. Ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyindəki çıxışını əks etdirən video diqqətə çatdırıldı.Tədbirdə 8-ci sinif şagirdləri -Abdullayeva Afaq, Əlili Emil,Nəbiyeva Minə, Qədirli Leyla, Bəkirov Kamran, Mirzəyeva Mədinə, Əliyeva Validə və digər şagirdlərin söylədikləri şəhidlərimizə, vətənpərvərliyə, müstəqilliyə aid şeirlər qəlbləri riqqətə gətirdi, ürəkləri alovlandırıdı. Xüsusilə A.Afaq və Ə.Emilin ifasında xalq şairi Zəlimxan Yaqubun "Səslər görüşəndə" əsərindən hazırlanmış kompozisiya qəlblərdə coşqu yaratdı. Anım mərasimi nikbin notlarla bitdi. Bildirildi ki, Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumağa, işğal olunmuş torpaqları geri qaytarmağa qadirdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi