Şagirdlər Xocalı Memorial Soyqırım Muzeyinde olublar

Məktəbin 9ç və 9e sinif şagirdləri sinif rəhbərləri Sevda Bayramova və Zemfira Məmmədova ilə birlikdə Xocalı Memorial Soyqırım Muzeyində olublar. Memorial Soyqırım Muzeyini ziyarət edən iştirakçılara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Məktəblilər muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumatlar əldə edib və Xocalı Soyqırımına aid filmə baxıblar.