Anım Günü ilə əlaqədar 3a sinif şagirdləri II Fəxri Xiyabanı ziyarət etdilər .

Bu gün 25 sentyabr 2024-cü ildə məktəbin Faiq Qasımov adına 3a sinif şagirdləri sinif rəhbəri Mətanət Rüstəmova ilə birlikdə 27 Sentyabr Anım Günü münasibəti ilə İkinci Fəxri Xiyabanda oldular .

Şagirdlər Azərbaycanının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və İkinci Qarabaq müharibəsi zamanı şəhid olmuş şəhidlərimizin məzarlarını ziyarət etdilər.

Ziyarətin məqsədi şagirdlərə tariximizi, Milli Qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarətdir. Şagirdlər şəhidlərimizin əziz xatirəsini bir diqiqəlik sükutla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.Şagirdlər Faiq Qasımovun məzarı önündə qəhrəmanın həyatı haqqında çıxış etdilər.Onlar vətənə, onun bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləydilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin .

Şəhidlər ölməz ,vətən bölünməz !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi