Novruz milli bayramımız

     Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. Milli  adət-ənənələrimizi qoruyub saxlamaq, şagirdlərimizə aşılamaq və yaddaşlarda yaşatmaq məqsədi ilə məktəbimizdə də Novruz bayramı münasibəti ilə maraqlı tədbirlər keçirildi. Məktəbin foyesidə təşkilatçının rəhbərliyi ilə Novruz adət-ənələrini yaşadan guşə yaradıldı. Həmçinin müxtəlif yaş qruplarından olan şagirdlərimizin Novruzla bağlı çəkdiyi rəsm əsərləri məktəbin foyesini və divarlarını bəzədi. Məktəbə milli geyimdə gələn şagirdlərimiz bu mənzərəni daha da gözəl hala gətridilər. Məktəb rəhbərliyi milli bayramımız münasibəti ilə məktəb kollektivini və şagirdlərimizi təbrik etdi. Şagirdlər həmçinin bayramla əlaqəli rəqslərini, hakıştalarını, mahnı və şeir töhvələrini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi