Düşünən şagird

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimində çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva müsabiqədə qalib gələn bütün iştirakçıları təbrik edib. Mütaliənin faydalarından bəhs edən M.Vəliyeva cəmiyyətə sağlam şəkildə adaptasiya olmağın, sosial münasibətlərdə uğur qazanmağın, qərar qəbuletmə və dinləmə bacarığının inkişafının məhz kitablardan keçdiyini diqqətə çatdırıb. Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən şagirdlərə diplomlar təqdim olunub. Mükafatlandırmada iştirak edən məktəbin VIII sinif şagirdi Zeynallı Məryəm "Düşünən şagird" müsabiqsəində fərqləndiyinə görə tərifnamə ilə təltif olundu. Şagirdimizi təbrik edir, ona təhsil uğurları arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi